AZ

Qarabağ Zirə ni məğlub edib

ain.az bildirir, Milli.az portalına istinadən.

Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Milli.Az-ın məlumatına görə, günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.

"Köhlən atlar"ın heyətində 22-ci dəqiqədə Joni Montiel, 55-ci dəqiqədə Kamilo Duran, 72-ci dəqiqədə Kadi Borges fərqlənib. "Qartallar"dan Ceyhun Nuriyev 70-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran Ağdam klubu ikinci pillədə qərarlaşıb. Meydan sahibləri 39 xalla dördüncü sıradadır.

Günün ilk görüşündə "Sabah" səfərdə "İmişli"ni beş cavabsız qolla üstələyib.

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0) məğlub edib. ("Report")

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
8
news.milli.az

9Mənbələr