AZ

Avropa çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi finala vəsiqə qazanıb

Zrenyanin, 14 mart, AZƏRTAC

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda belaruslu İllia Valeuskiyə qalib gəlib. O, bununla da adını finala yazdırıb.

U-23 Avropa çempionatı martın 15-də başa çatacaq.

Müxbir - Cavid Əliyev

Seçilən
29
azertag.az

1Mənbələr