AZ

YAP Ağdam rayon təşkilatında partiya veteranının 75 illik yubileyi münasibətilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında partiya veteranı və uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş Süleymanova Həqiqət Çərkəz qızının 75 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.

Çıxış edən Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin Baş həkimi Günel Abdulqadir, ərazi partiya təşkilatının sədri Bəhram Qurbanov,  Reyhan Eyvazova, Ənvər Sadıqov və başqa natiqlər yubilyarı təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıblar.

Yubilyar Həqiqət Süleymanova göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun üçün böyük qürur olduğunu söylədi.

YAP Ağdam rayon təşkilatı tərəfindən Həqiqət Süleymanovaya partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə uzun illər aktiv iştirakına görə qiymətli hədiyyə təqdim edilib, sonda yubilyarla xatirə şəkli çəkdirilib.

Seçilən
41
1
yeniazerbaycan.com

2Mənbələr