AZ

''Neftçi''nin sabiq ulduzu İranın tərəfini tutdu, amerikalıların qəzəbinə tuş gəldi

Yaxın keçmişin tanınmış futbolçularından olan, ''Milan'', ÇSKA kimi klublarda top qovan, bir dönəm ölkəmizdə də çıxış edərək ''Neftçi''nin şərəfini qoruyan Keysuke Honda son açıqlaması ilə diqqət çəkib. Yaponiyalı ulduz rəsmi olaraq karyerasını bitirdiyini açıqlamasa da, uzun müddətdi heç bir klubda oynamır. O, hazırda bütün dünyanın diqqət mərkəzində olan ABŞ ilə İran arasındakı gərginliyə münasibət bildirib. Və buna görə bir reklam sponsorunu itirdiyini etiraf edib: ''Bunun çox həssas bir mövzu olduğunu bilirəm. Amma mən şəxsən İranın dünya çempionatında iştirak etməsini istəyirəm. Hətta sırf bu mövqeyimə görə bir ABŞ şirkəti mənimlə reklam anlaşmasını ləğv edib. Həmin anlaşma məhz elə mundial zamanı qüvvəyə minəcəkdi. Eybi yox. Reallıqdan qaçmağa çalışan və səhv məntiqə əsaslanan qərarlar verən şirkətlərlə işbirliyimin olmasını istəmirəm''. Xatırladaq ki, İranın idman naziri Əhməd Dünyamalı son açıqlamasında indiki şərtlər altında yayda ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına qatılmalarının mümkünsüz olduğunu bildirmişdi.

Seçilən
38
2
football-plus.az

3Mənbələr