Vaşinqton, 14 mart, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş İsrail-Hizbullah müharibəsinin hərbi yolla həllinin olmadığını bildirərək tərəfləri diplomatiyaya və BMT qətnamələrinin tam şəkildə yerinə yetirməyə çağırıb. AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Beyrutda səfəri zamanı açıqlama verib.
Antonio Quterreş beynəlxalq ictimaiyyəti münaqişəyə son qoymaq səylərini artırmağa çağırıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton