AZ

Qaxın icra başçısı bu hərəkəti niyə edib? qalmaqallı video ilə bağlı yeni detallar

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qax rayonunda Novruz bayramı sərgisi zamanı icra başçısı Elvin Paşayevin sakinlərlə məsafə saxlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Video izləyicilər arasında həm təəccüb, həm də tənqid doğurub. Məmurun xalqla fiziki və emosional məsafəsi birmənalı qarşılanmayıb.

“Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu da öz feysbuk hesabında hadisəyə münasibət bildirib:

Sitat: “Axı sən necə xalqa xidmət edə bilərsən ki, onun əlini sıxmırsan, əlinin qabarını görmürsən?”

Bəs icra başçılarının belə tədbirlərdə xalqla arasında məsafə qoyması nə dərəcədə doğrudur?

Globalinfo.az-a danışan AĞ Partiya başqanı Tural Abbaslı son zamanlar icra başçılarının real iş əvəzinə təbliğat və təşviqatla məşğul olduqlarını bildirib:

“Yəni özlərini daha çox icra hakimiyyətinin nümayəndəsi kimi aparmaqla insanların problemlərini həll etmək əvəzinə, investisiya cəlb etmək, rayonlarda su, əkin və otlaq problemlərini həll etmək əvəzinə, yanlarına bir-iki influencer götürüblər ki, hər hərəkətini çəkib paylaşsınlar. İctimai tədbirlər əlbəttə vacibdir, bayramlar qeyd olunmalıdır, amma bu tədbirlərə sərf olunan vaxtı insanların real şikayətlərini həll etməyə yönəltsələr, daha faydalı olar. Hazırda isə orta məktəb müəllimlərini və rayon sakinlərini sıraya düzüb, guya böyük iş görüldüyü görüntüsü verirlər, amma əslində problemlər həll olunmadan qalır”.

Tural Abbaslı

T.Abbaslı Qax rayonunun problemlərinə də toxunub:

“Məsələn, bölgənin bir neçə kəndindən bizə qaz, yol və işsizliklə bağlı dəfələrlə şikayətlər daxil olub. İcra başçısı bu məsələləri mərkəzi orqanların qarşısında qaldırmalıdır. Lakin bir çox icra başçısı bu vəzifələri yerinə yetirməyərək bölgəni sadəcə platforma kimi görür, mərkəzi Bakıya köçüb orada vəzifə tuturlar. İş yoxdur, görüntü var. Hamı blogerliklə məşğuldur”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə Elvin Paşayevin Göygöl rayonunda fəaliyyətini tənqid edib:

Hafiz Hacıyev

“Göygöl rayonunda olan zaman yaxşı işləmirdi. Bu cür şəxslərin Qaxda nə iş görə biləcəyini təsəvvür etmək çətindir. Onların səlahiyyəti yoxdur, bütün günü kabinetdə oturub kompüterə baxırlar. Kolxoz və sovxozları idarə etmirlər. Hətta adi zibil yeşikləri qoymaqda da təşəbbüsləri yoxdur. Sahibkarlara dəstək verməyiblər, rayon üçün real iş görməyiblər. Bunların konkret nə işə yaradıqları məlum deyil”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
globalinfo.az

1Mənbələr