Paytaxtın Yeni Ramana qəsəbəsində ətin qiymətində artım müşahidə olunur.
NOCOMMENT.az xəbər verir ki,
Dünən dana ətinin bir kiloqramı müştərilərə 16-17 manata təklif olunduğu halda bu gün 18 manata satılır. Quzu əti isə heyvanın çəkisindən asılı olaraq 2-21 manata alıcılara təklif olunur.
Qəssablar qiymət artımını rayonlarda ətin bahalaşması ilə əlaqələndiriblər. Onlar Novruz və Ramazan bayramlarının yaxınlaşmasının qiymət artımına təsir göstərdiyini bildiriblər. /Metbuat.az/