Bakı. Trend:
Martın 14-də Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın sanitartəmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlaraqulluq göstərilməsi məqsədilə “Novruz bayramını təmiz şəhərləqarşılayaq” devizi ilə iməcilik keçirilib.
Şəhər icra hakimiyyətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindənşəhərin 537 əsas küçə və prospektləri yuyulub, genişmiqyaslıtəmizlik və abadlıq işləri həyata keçirilib. Paytaxtdakı müəssisə,idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəlsektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarınınəməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər.
İməcilik paytaxtın bütün rayonlarını əhatə edib.