AZ

İsveç saxlanılan “Sea Owl I” tankerinin istismarını qadağan etdi

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

İsveçin Nəqliyyat İdarəsi saxlanılan "Sea Owl I" tankerinin istismarını qadağan edib. Qərar gəminin texniki baxışından sonra qəbul olunub.

Bizimyol.info xəbər verir ki, qurumun nümayəndəsi Mikael Andersson bildirib ki, yoxlama zamanı bir sıra texniki çatışmazlıqlar aşkar edilib və onlar aradan qaldırılmadan gəminin yenidən dənizə çıxmasına icazə verilməyəcək. Bu məsələnin həlli gəmiçilik şirkətindən asılıdır.

Agentliyin məlumatına görə, Avropa İttifaqının sanksiya siyahısında olan tankerə bu qərardan sonra üzməyə icazə verilmir.

İsveç Sahil Mühafizəsi martın 12-də gəminin Trelleborg limanı yaxınlığında saxlanıldığını açıqlamışdı. Bildirilir ki, tanker İsveçin ərazi sularından keçərək Rusiyaya doğru hərəkət edib. Saxlanılma səbəbi gəminin texniki vəziyyəti və ekoloji təhlükəsizlik tələbləri ilə bağlı suallar olub.

İsveç prokurorluğu isə gəminin kapitanını – Rusiya vətəndaşını saxta sənədlərdən istifadə etmək şübhəsi ilə saxlayıb. Sergey Belyaev bildirib ki, Rusiyanın Stokholmdakı səfirliyi vəziyyəti izləyir və zəruri konsulluq yardımı göstərməyə hazırdır.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
bizimyol.info

1Mənbələr