Cəlilabad şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Heydər Əliyev prospektində “Hyundai” və “VAZ-2106” markalı iki avtomobil toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, avtomobillərdə deformasiyalar yaranıb.
Hadisə zamanı nəqliyyat vasitələrində olan şəxslər yüngül xəsarətlər alıblar.
Qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta