AZ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ABŞ və İsrail İranın ən böyük adası olan Keşmdə mülki obyektlərə aviazərbələr endirib”.Bizim.Media xəbər verir ki, bu barədə İran mediası ada rəsmilərinin bəyanatına istinadən yazıb.Onların sözlərinə görə, zərbələr balıqçı və turizm gəmilərinin dayandığı körpülərə dəyib.“Düşmən öz bəyanatlarının əksinə olaraq dinc sakinləri, iqtisadiyyatı və onların dolanışıq mənbələrini hədəf alıb. Bu hücumlar düşmənin cinayətkar əməllərinin yalnız çox kiçik bir hissəsidir”, - bəyanatda qeyd edilib.Hörmüz boğazının girişində yerləşən bu ada İran üçün strateji əhəmiyyətli hesab olunur. Burada İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri, raketlər, dronlar və sürətli hərbi katerlər yerləşir.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
bizim.media

2Mənbələr