AZ

Qlobal Bakı Forumu və Bakıdan dünyaya verilən sülh mesajı

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan on ildən artıq müddətdir ki, qlobal məsələlərin müzakirə edildiyi mərkəz funksiyasını yerinə yetirir. Ölkə paytaxtı təkcə siyasi deyil, eyni zamanda humanitar, mədəniyyət, dinlərarası dialoq funksiyası rolunu oynayır. Qlobal Bakı Forumu da məhz bu qəbildən olan beynəlxalq platformalardan biridir. Ötən 13 il ərzində sözügedən formatda keçirilən müzakirələr, irəli sürülən təşəbbüslər, ən əsası həmin təşəbbüslərin təkcə regional, deyil eləcə də beynəlxalq səviyyədə ciddi dəstək görməsi onu deməyə əsas verir ki, Qlobal Bakı Forumu qısa müddətdə beynəlxalq miqyasda nüfuz qazanmış platformalardan birinə çevrilib. Forumun əsas məqsədi müxtəlif ölkələrin siyasi və ictimai xadimləri arasında dialoqu inkişaf etdirmək, qlobal problemlərin həlli yollarını müzakirə etmək və dövlətlər arasında əməkdaşlığı gücləndirməkdir.Bu forumun mühüm xüsusiyyətlərindən biri də burada dünyanın müxtəlif regionlarını təmsil edən tanınmış siyasətçilərin və ekspertlərin iştirak etməsidir. Bu günlərdə Bakıda baş tutan XIII Qlobal Bakı Forumu da qeyd edilən istiqamətdə dinamikliyi ilə seçilirdi. Əgər 2013-cü ildə keçirilən ilk forumda cəmi 200-ə yaxın iştirakçı var idisə, XIII Forumda iştirakçı sayı artıq 400 nəfərə çatmışdı. Bu da Qlobal Bakı Forumuna olan qlobal marağın artmasının təzahürüdür.Bir qayda olaraq qlobal miqyasda mövcud olan problemlərin həllinin müzakirə edildiyi platforma kimi tanınan Qlobal Bakı Forumunun sayca XXIII toplantısı da ənənəsinə sadiqliyi ilə seçilirdi. Forum “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuşdu ki, bu da günümüz üçün olduqca aktualdır. Elə Azərbaycan Prezidenti İlham Əliyev də forumun açılış mərasimində çıxışı zamanı bu məqama xüsusi diqqət ayıraraq bildirdi ki, dünyada hazırda baş verənlər – yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Cənab Prezident qeyd etdi ki, bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Çünki dövlət başçısının qeyd etdiyi kimi beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur.Qlobal Bakı Forumunun əsas müzakirə mözularından biri də enerji təhlükəsizliyidir. Bildiyimiz kimi bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyində mühüm faktor rolunu oynayır. Ayrı-ayrı dövlətlərin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rol oynanması ölkəmizə olan marağın artmasını şərtləndirən amillərdəndir. Çünki Azərbaycan Prezidentinin forumda çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycanın enerji siyasəti əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır:“Xüsusilə indi paylaşa biləcəyimiz digər vacib bir təcrübə enerji təhlükəsizliyidir, hansı ki, hazırda müəyyən dərəcədə pozucu təsir göstərir. Biz görürük ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır. Çünki bir çox ölkələrin, neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çökdükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar. Buna görə də biz OPEC+ formatının məsuliyyətli üzvü olaraq, tarazlı və proqnozlaşdırılabilən neft qiymətinin tərəfdarıyıq, ortaq həllin tapılmasına böyük səylər göstərmişik və OPEC+-dakı vasitəçilik fəaliyyətimiz yüksək qiymətləndirilir”.Qlobal Bakı Forumunda prezidentin diqqət yetirdiyi mühüm məqamlardan biri də Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar oldu. Dövlət başçısı bir daha Bakının sülhə sadiq olduğunu qeyd etməklə həm də bu beynəlxalq platformadan dünyaya sülh mesajı vermiş oldu. Çıxış zamanı Prezident regionda sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğuladı. O bildirdi ki, Cənubi Qafqaz regionunda davamlı sülhün təmin olunması bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edir:“İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur”.Bir sözlə, Qlobal Bakı Forumu bu dəfə də həm müzakirəyə çıxardığı məsələlərin zənginliyi və aktuallığı, həm də regional və qlobal təhlükəsizliyə xidmət, dünyada sülhün əldə olunmasını təşviq edən təşəbbüslərin irəli sürülməsi və dəstək görməsi ilə yadda qaldı.İlham Məmmədov, Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
newscenter.az

2Mənbələr