AZ

III Dünya Müharibəsi: Dünya ölkələrinin və Azərbaycanın ən böyük “kozuru”

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qlobal gərginliyin artması ilə mümkün üçüncü dünya müharibəsi ssenarisi yenidən müzakirə mövzusuna çevrilib. Böyük dövlətlər arasında hərbi fəaliyyətin artması, ittifaqların sərtləşməsi və regional münaqişələrin genişlənməsi ehtimalı ölkələrin böhran dövründə sahib olduqları üstünlükləri gündəmin ön planına çıxarıb.Belə bir kritik dövrdə ölkələrin ən böyük imkanları üzə çıxıb. Bəziləri inkişaf etmiş nüvə imkanları ilə seçilir, digərləri isə nəhəng orduları, qabaqcıl müdafiə sistemləri və ya strateji coğrafi yerləri ilə diqqəti cəlb edir. Burada enerji resursları, güclü iqtisadiyyat və hərbi ittifaqlar da vacib üstünlüklər arasındadır.Mütəxəssislərin fikrincə, müasir müharibədə təkcə hərbi güc deyil, həm də texnologiya, enerji, müdafiə sənayesi və ictimai dayanıqlıq kimi amillər həlledici rol oynayıb.  Azərbaycan da   üstünlüklərə malik ölkələr sırasında yer alan ölkələrdəndir. 

Məsələn Misir- Süveyş kanalına görə dünya ticarətinə nəzarət etməsi; İsrail- müdafiə  və güclü kənd təsərrüfatı sahəsində texnologiyaya malik olması; BƏƏ- turizm, ticarət və aviasiya; Səudiyyə Ərəbistanı -neft hasilatına görə; Pakistan- hərbi güc  və gənc nəsil; İran -Hörmüz boğazındakı üstünlük və enerji ehtiyatları; Rusiya- təbii ehtiyatlar, nüvə silahı; Türkiyə- açar ölkə olmadsı, PUA/SİHA doktrinası; Almaniya -yüksək sənaye mühəndisliyi və sənaye məhsulu ixracına malik olması; Çin-qlobal istehsal gücü və tədarük zəncirinə malik olması; ABŞ- hegemoniya, dollar ehtiyatına malik olamsıdır.Azərbaycan isə  ilk 50 ölkə arasında 43-cü yerdə Xəzərdəki enerji qaynaqları və   tranzit dəhlizlərə malik olması ilə üstünlüklərə malikdir. Bu da Azərbaycanın   beynəlxalq miqyasdakı rolunu artıran ciddi amildir. Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
1
olke.az

2Mənbələr