AZ

"Sabah"ın motivasiyası yüksəkdir" - Jorje Kaşkilya

Misli Premyer Liqasında XXI tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün "İmişli" ev oyununda "Sabahı"nı qəbul edib. Görüşdə qonaqlar 5:0 heaabı ilə qalib gəlib. 

Matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin çalışdırıcısı Jorje Kaşkilya fikirlərini jurnalistlərlə bölüşüb:

"Oyun barədə geniş danışmağa söz yoxdur. Yaxşı başlamadıq. Oyunçumuzun erkən zədə alması, standartdan buraxdığımız qol planlarımızı pozdu. Çox keçmədi penaltidən daha bir qol buraxdıq. Toparlanmaq çətin oldu. "Sabah" ötən turda da böyük hesabla qalib gəlmişdilər. Motivasiyaları yüksəkdir. Rəqibi təbrik edirəm. Növbəti matça hazırlaşmalı, gedişatı dəyişməliyik. Komandanı "Neftçi" ilə matça hazır edə biləcəyimizə inanıram. Edvin Banqueranın zədəsinin nə qədər ciddi olduğunu hələ bilmirik. Onsuz heyətimiz geniş deyil, onun zədələnməsi durumu daha da ağırlaşdırdı".

Mirağa

Seçilən
74
1
fanat.az

2Mənbələr