AZ

Papa müharibədə məsul olan xristianları vicdanları qaşısında hesabat verməyə çağırıb

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vatikan Dövlətinin Başçısı Papa XIV Leo, silahlı münaqişələrdə ağır məsuliyyət daşıyan xristianların vicdanları qarşısında hesabat verməyə və günahlarını etiraf etməyə cəsarət edib-etmədiklərini soruşub.

Bizimyol.info xəbər verir ki, Vatikanın rəsmi nəşri olan "Vatican News"ün verdiyi məlumata görə, Papa bu açıqlamanı dünən Katolik Kilsəsinin etiraf və tövbə institutunun təlimçiləri üçün keçirilən qəbul zamanı verdi.

Papa XIV Leo xüsusi bir sualın verilməsinin vacibliyini bildirdi: "Silahlı münaqişələrdə ağır məsuliyyət daşıyan xristianlar vicdanlarını ciddi şəkildə yoxlayacaqlarmı? Günahlarını etiraf etmək üçün təvazökarlıq və cəsarətə sahibdirlərmi?", - deyib.

O, bunun insanların birlik içində yaşamağı öyrənməsinə imkan verəcəyini ifadə edərək, "birlik dinamizmi"nin insanlar və millətlər arasında sülh üçün vacib şərt olduğunu qeyd edib.

Papa vurğuladı ki, dinc insan silahsızlanmanı və insanların silahsızlaşdırılmasını təşviq edən şəkildə yaşaya bilər.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
bizimyol.info

1Mənbələr