AZ

Rufiz Hafizoğlu: İranın qarşısında iki yol var: ya olduqca radikal və ya daha da hərbiləşmiş bir dövlətə çevriləcək, ya da rejim dəyişiləcək

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məsud Pezeşkian bildirib ki, İsrail və ABŞ tərəfindən alovlandırılan müharibəyə son qoymağın yeganə yolu İranın qanuni hüquqlarının tanınmasıdır. O həmçinin təzminat ödənməsini və gələcək təcavüzlərə qarşı möhkəm beynəlxalq zəmanətlərin verilməsini tələb edib. Pezeşkian bu addımların regionda sülh və stabilliyin təmin olunmasına xidmət edəcəyini vurğulayıb. Onun sözlərinə görə, bu tədbirlər həyata keçirilmədikcə münaqişənin davam etməsi və regional gərginliyin artması ehtimalı qalır.Məsud Pezeşkianın tələbləri qarşılanacaqmı, yoxsa bu sözlər İran üçün xəyaldan ibarət olacaq?

Siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bölgənin alovlanacağı istisna edilmir. Politoloqun fikrincə, İranın Azərbaycan ərazilərini, ərəb ölkələrini, İraqı, Qətəri, Türkiyəni ikinci dəfə atəşə tutması əslində bir blefdir: “Bu blefin arxasında çox ciddi bir təhlükə var. Əslində İran bunu etməklə dünya ictimaiyyətinə, eyni zamanda Birləşmiş Ştatlara və İsrailə bir mesaj verir ki, bölgəni alovlandıra bilərəm. Bu münaqişə İranın birinci və sonuncu mərcidir. Ya burada uduzacaq, ya da udacaq. Amma düşünürəm ki, uduzacaq”.

Rufiz Hafizoğlu

Rufiz Hafizoğlu qeyd edib ki, heç bir halda Birləşmiş Ştatlar və İsrail İranın tələblərini yerinə yetirməyəcək.

“Benyamin Netanyahu seçkilərdə qələbə qazanmaq üçün hansısa bi addım atmalı idi. Çünki Qəzzada da, Livan cəbhəsində də uğur qazanılmadı. İki gün öncə bombardmanların ən ağır günü kimi elan etmişdilər. Amma ümumi götürəndə Amerika Birləşmiş Ştatları və İsrail İranda əldə etmək istədikləri uğuru əldə edə bilməyiblər. Vurulan obyektlər göstərilir, açıqlanır, İran daha çox mediatik durumdadır. Bu isə, heç də hər şeyin İsrailin istədiyi kimi getmədiyini göstərir”-deyən Rufiz Hafizoğlu bildirib ki, İranın tələbləri yerinə yetirilməyəcək və İran üzərində təzyiq daha da artacaq.

Siyasi şərhçinin fikrincə, İran ərəb ölkələrini, Türkiyəni və Azərbaycanı hədəfə almaqla ən böyük səhvini etmiş oldu: “Bu baxımdan İranın qarşısında iki yol var: ya olduqca radikal və ya daha da hərbiləşmiş bir dövlətə çevriləcək, ya da ki, rejim dəyişiləcək, Amerika ilə bir dialoq olacaq və bu dialoq yalnız və yalnız Amerikanın maraqlarına xidmət edəcək. Gec də olsa, bu, olacaq və başqa variant yoxdur. Bu da bir gerçəkdir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
bizimyol.info

1Mənbələr