AZ

UFC çempionu karyerasında fasilə verəcək

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UFC-nin yüngül çəkidə məğlubiyyətsiz çempionu İliya Topuriya boşanması ilə bağlı ilk dəfə açıqlama verib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, gürcüəsilli ispaniyalı döyüşçü şəxsi həyatındakı ayrılığı böyük məyusluq kimi dəyərləndirib.

Topuriya bildirib ki, heç kim ailəsini dağıtmaq istəməyib, xüsusilə də evdə balaca qızı uşağı böyüyürsə.

Ailə problemlərinə görə 29 yaşlı idmançı bir müddət karyerasında fasilə götürüb və titulunu müdafiə edə bilməyib.

Nəticədə müvəqqəti kəmər uğrunda Castin Qeyci ilə Paddi Pimblett üz-üzə gəlib və ABŞ-li döyüşçü qalib gəlib.

Qeyd edək ki, Qeyci ilə Topuriya arasında döyüşün ABŞ-da Ağ Evdə keçiriləcək turnirdə baş tutacağı gözlənilir.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
5
news.milli.az

6Mənbələr