ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yunan tankeri "Maran Homer" Qara dənizdə hücuma məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Skai TV" məlumat yayıb.
Məlumata görə, Yunanıstanın Dənizçilik və Ada Siyasəti naziri Vassilis Kikilias bildirib ki, Yunanıstanın "Maran Homer" tankeri Qara dənizdə hücuma məruz qalıb.
Gəmi Saloniki limanından Novorossiyskə yola düşüb. Tanker "Chevron" şirkəti tərəfindən icarəyə götürülüb və hazırda dənizdədir, ətraf mühitin çirklənməsi aşkar edilməyib.
Nazirin sözlərinə görə, gəmidə 24 dənizçi olub. Onlardan 10-u yunan, 13-ü filippinli və 1-i rumın olub.
Onlar sağdır. Hücum yalnız gəminin sağ tərəfinə ziyan vurub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.