AZ

Tramp Putinin İranla bağlı təklifini rədd etdi

ain.az, Sitat.info portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığında İranın zənginləşdirilmiş uranının Rusiyaya köçürülməsi təklif edilib, lakin ABŞ prezidenti bu təşəbbüsü rədd edib.

Sitat.info xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Nəşrin mənbələri qeyd ediblər ki, V.Putin söhbət əsnasında Vaşinqtonla Tehran arasındakı hərbi gərginliyi dayandırmaq məqsədilə bəzi təkliflər səsləndirib.

"ABŞ-nin mövqeyi ondan ibarətdir ki, biz uranın tam və etibarlı şəkildə nəzarətdə saxlanılmasını təmin etməliyik", - deyə amerikalı rəsmi bildirib.

Məlumata əsasən, hazırda Donald Tramp həm Vladimir Putin, həm Çin lideri Si Cinpin, həm də Avropa nümayəndələri olmaqla hər kəslə dialoqdadır və istənilən vaxt müqavilə bağlamağa açıqdır". Bundan əlavə məlumatda vurğulanıb ki, keyfiyyətli təkliflər olmalıdır, çünki prezident əlverişsiz təklifləri qəbul etməyəcək.

Xatırladaq ki, Amerika və İran nümayəndəlikləri arasında nüvə fəaliyyətlərinə dair müzakirələr fevralın 6-da yenidən başlayıb. Sonuncu görüş isə fevralın 26-da Cenevrə şəhərində keçirilib. Fevralın sonunda rəsmi Tehran urandan və onu zənginləşdirmək prosesindən imtina etməyəcəyini bəyan edib. "The Wall Street Journal" nəşrinin xəbərinə əsasən, danışıqlar prosesində Vaşinqton qalan bütün zənginləşdirilmiş uranın ABŞ ərazisinə daşınmasını tələb etsə də, İran tərəfi bu şərtlərlə razılaşmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
8
sitat.info

9Mənbələr