AZ

Paşinyan bu dəfə də avtobusda lavaş yedi VİDEO

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament sədri Alen Simonyanla birlikdə qarşıdan gələn parlament seçkiləri ərəfəsində Sisian bölgəsinə səfər edib.

"Cebheinfo.az" xəbər verir ki, Baş nazir sosial şəbəkə hesabında səfərlə bağlı növbəti görüntülər paylaşıb.

Görüntülərdə Paşinyan və Simonyanın avtobusda lavaş çörəyi yediyi əks olunub.

Qeyd edək ki, Nikol Paşinyan son dövrlər bölgə səfərlərində yediyi yeməkləri (qarğıdalı, lavaş, pirojki və s.) mütəmadi olaraq paylaşmaqla sosial mediada müzakirə mövzusuna çevrilib. 

Məlumat üçün bildirək ki, sözügedən videolar seçkiöncəsi elektoratın rəğbətini qazanmaq məqsədilə həyata keçirilən PR kampaniyasının bir hissəsi kimi qiymətləndirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
8
cebheinfo.az

9Mənbələr