AZ

Zədəyə görə karyerasını başa vura bilər

“Bavariya”nın futbolçusu Alfonso Devis karyerasını erkən başa vura bilər.

"Football-plus.az" xəbər verir ki, 25 yaşlı kanadalı müdafiəçi Çempionlar Liqasının “Atalanta” ilə matçında (6:1) aldığı növbəti ağır zədədən sonra peşəkar futboldan getməyi ciddi şəkildə düşünür. Klubu bud nahiyəsindəki əzələ yırtığı səbəbindən məyus olan futbolçunu bu fikrindən daşındırmağa çalışır.

Məlumata görə, Devis qəti qərar verərsə, “Bavariya” rəhbərliyi ona göstərdiyi sadiqliyə görə klub daxilində xüsusi vəzifə təklif etməyə hazırdı.

Gənc yaşında karyerasını başa vurmaq təhlükəsi ilə üzləşən Alfonso hazırda klubun tibbi heyətinin nəzarəti altındadı. O, cari mövsümdə meydana çıxdığı 13 oyunda 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsinin müddəti 2030-cu ilə qədərdi.

Seçilən
16
3
football-plus.az

6Mənbələr