Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Moskvaya yaxınlaşan 16 pilotsuz uçuş aparatını vurub.
"Far.Az" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin bildirib.
Qeyd olunur ki, Vnukovo və Domodedovo hava limanlarında təyyarələrin uçuşuna və eniş etməsinə bir müddət məhdudiyyətlər tətbiq edilmişdi.
"Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilmişdi", - "Rosaviasiya"dan bildirilib.
Moskvaya yaxınlaşan dörd pilotsuz uçuş aparatı Hava Hücümundan Müdafiə (HHM) qüvvələri tərəfindən vurulub.
"Far.Az"un Rusiya KİV-lərinə istinadən xəbər verdiyinə görə, bu barədə şəhərin meri Sergey Sobyanin sosial şəbəkələrdə məlumat verib.
"Müdafiə Nazirliyinin HHM qüvvələri tərəfindən Moskvaya doğru uçan iki PUA məhv edilib. Qalıqların düşmə yerində fövqəladə xidmət mütəxəssisləri işləyir", - o qeyd edib.