AZ

Arpadarai: Gənclər iqlim qərarlarının qəbulunda iştirak etməlidir

Münaqişələr və iqlim çağırışları dövründə gənclərin səsi xüsusi əhəmiyyət kəsb edir.

"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29-un iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bu gün Bakıda Qoşulmama Hərəkatının ofisində çıxış edərkən deyib.

Onun sözlərinə görə, COP29 çərçivəsində Azərbaycan tərəfi gənclərin səsinin eşidilməsi üçün səy göstərib.

"Biz süni intellektin düşünmə, öyrənmə və bir çox məsələləri həll etmə tərzimizi dəyişdirdiyi bir dövrdə yaşayırıq. Eyni zamanda bu, turbulentlik - müharibələr, münaqişələr və iqlim dəyişikliyi dövrüdür. Məhz belə dövrlərdə gənclər suallar vermək, cavablar almaq və qərarların qəbulunda iştirak etmək imkanına malik olmalıdır. Buna görə də gənclərlə davamlı dialoq aparmaq bizim üçün vacibdir", - o bildirib.

Arpadarainin sözlərinə görə, COP29-dan sonra Azərbaycan tərəfinin əsas məqsədlərindən biri növbəti iqlim konfransı - COP31 komandasına dəstək olmaqdır.

"Əminəm ki, Türkiyə bu konfransı uğurla keçirə biləcək", - o vurğulayıb.

Seçilən
17
far.az

1Mənbələr