AZ

“Neftçi”dəki legioner: “Qazanmağa fokuslanmaq lazımdır, uzağı düşünməyə yox”

“Biz bu barədə düşünmürük”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi İmad Faraj deyib.

26 yaşlı fransız “Neftçi”nin avrokubok şansının getdikcə azalması fikrinə belə münasibət bildirib:

“Hər oyuna ayrı-ayrılıqda yanaşmaq istəyirik. Məncə, belə düşünmək daha yaxşıdır: hər matçı qazanmağa fokuslanmaq lazımdır, uzağı düşünməyə yox.

Amma dediyim kimi, bu tur xal itirdik. Halbuki rəqiblərimiz - “Sumqayıt”, “Araz” və “Zirə” də qalib gələ bilməyiblər.

Buna görə “Turan”la oyun bizim üçün çox vacib idi”.

Seçilən
35
sportinfo.az

1Mənbələr