AZ

Amsterdamda yəhudi məktəbində partlayış baş verib

Amsterdamda yəhudi məktəbində partlayış baş verib.Bu barədə yerli media xəbər verir.

Amsterdam meri Femke Halsema partlayışın yəhudi icmasına qarşı məqsədyönlü hücum ola biləcəyini qeyd edib.

Polis və yanğınsöndürmə xidmətinin əməkdaşları qısa müddətdə hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Hüquq-mühafizə orqanları partlayışın səbəblərini araşdırır.

Seçilən
18
1
anews.az

2Mənbələr