Bakı. Trend:
Azərbaycan COP31-in uğurla keçirilməsi üçün qardaş Türkiyəyədəstəyini ifadə edib və iqlim gündəliyinin irəli aparılmasıistiqamətində əməkdaşlığı davam etdirəcək.
Trend xəbərverir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini,COP29-un başdanışıqçısı Yalçın Rəfiyev Qoşulmama Hərəkatı GənclərTəşkilatının mənzil-qərargahında keçirilən brifinqdə bildirib.
Nazir müavini qeyd edib ki, COP prosesi Birləşmiş MillətlərTəşkilatı sistemində ən inklüziv platformalardan biridir və buproses yalnız hökumət nümayəndələrini deyil, həm də vətəndaşcəmiyyətini, akademik dairələri, gəncləri və digər maraqlıtərəfləri bir araya gətirir:
“Azərbaycan 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etməkləölkənin müstəqillik tarixində ən mühüm beynəlxalq tədbirlərdənbirini təşkil edib. Onun sözlərinə görə, əldə olunan nəticələr COPprosesində əlamətdar mərhələ kimi yadda qalıb.
COP çərçivəsində yüksəksəviyyəli çempionlar mühüm rol oynayır vəonların fəaliyyəti hökumətlərarası danışıqları qeyri-dövlətaktorlarının töhfələri ilə tamamlayır”.
Rəfiyev Türkiyədə keçiriləcək COP31-ə hazırlıq prosesinə dətoxunaraq bildirib ki, bu tədbirin yüksəksəviyyəli çempionu olanSamet Arvas iqlim sahəsində zəngin təcrübəyə malikdir və artıqmüxtəlif maraqlı tərəflərlə fəal şəkildə əməkdaşlıq edir.
“Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziriMurat Kurum COP31-in təyin olunmuş prezidenti kimi hazırlıqprosesinə fəal şəkildə rəhbərlik edir”, - o əlavə edib.