AZ

Kubada etirazçılar Kommunist Partiyasının qərargahını yandırdı – VİDEO

Kubada etiraz aksiyası zamanı gərgin anlar yaşanıb.

Milli.Az xəbər verir ki, məlumata görə, Morón şəhərində toplaşan etirazçılar yerli Communist Party of Cubanın qərargahını yandırıblar.

Hadisə zamanı çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda etirazçıların binaya od vurduğu və alovun qısa müddətdə geniş əraziyə yayıldığı görünür.

Hadisə ilə bağlı görüntülər Telegram kanallarında paylaşılıb və qısa müddətdə geniş müzakirələrə səbəb olub.

Hazırda hadisə ilə bağlı rəsmi qurumların açıqlaması verilməyib. Yayılan kadrlarda isə etirazın gərgin atmosferdə keçdiyi aydın görünür.

Milli.Az

Seçilən
39
2
milli.az

3Mənbələr