AZ

Suriya Dünya Bankından 20 milyon dollar məbləğində qrant alıb

Dünya Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) Suriyaya 20 milyon dollar qrant ayırıb.

AZƏRTAC xəbər verir ki, bunu Suriyanın maliyyə naziri Məhəmməd Yusr Bərniyə bildirib.

Qeyd olunub ki, Suriyaya təqdim olunan bu ikinci qrant dövlət vəsaitlərinin istifadəsinin səmərəliliyini, şəffaflığını və hesabatlılığını artırmağı hədəfləyir. Qrantın əsas komponentlərindən biri nazirlik daxilində maliyyə yardımlarının idarə olunması üçün “SEAFS” adlı bölmənin yaradılmasıdır. Bu bölmə milli və beynəlxalq layihələrin koordinasiyasını həyata keçirəcək, müxtəlif kanallar vasitəsilə təqdim edilən maliyyə yardımlarına nəzarəti və maliyyə intizamını gücləndirəcək.

Nazir bildirib ki, Dünya Bankında İcraçı Direktorlar Şurası Suriyada dövlət maliyyələşməsinin idarəedilməsinin gücləndirilməsi cəhdlərini dəstəkləyir. Səhmdarlar Şurasının növbəti iclasında dəyəri 1 milyard dollardan çox olan, müxtəlif sektorları əhatə edən qrant layihələrinin müzakirə ediləcəyini qeyd edən Suriya naziri iclasın gündəliyinə ölkəsindəki vəziyyətin müzakirəsinin də salınacağına ümidini ifadə edib.

Qeyd edək ki, Dünya Bankı ötən il iyunun 25-də Suriyada elektrik təchizatını yaxşılaşdırmaq və iqtisadi vəziyyətin yaxşılaşmasını dəstəkləmək məqsədilə 146 milyon dollar məbləğində ilk qrantı təsdiqləmişdi.

Seçilən
3
5
yeniazerbaycan.com

6Mənbələr