AZ

İrandan daha 38 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB

İrandan martın 14-ü saat 12:00-dan 15:00-dək daha 38 nəfərin Azərbaycana təxliyəsi baş tutub.

"Report"un Cənub bürosu xəbər verir ki, təxliyə "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Belə ki, Hindistanın 30, Kanadanın 4, Azərbaycanın 3 və Pakistanın 1 (diplomat - red.) vətəndaşının təxliyəsi baş tutub.

İrandan martın 14-ü saat 00:00-dan 12:00-dək daha 21 nəfərin Azərbaycana təxliyəsi baş tutub.

"Report"un Cənub bürosu xəbər verir ki, təxliyə "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Belə ki, Hindistanın 13, Rusiyanın 5 və Tacikistanın 3 vətəndaşının təxliyəsi baş tutub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.

Seçilən
3
13
far.az

10Mənbələr