AZ

Çempionlar Liqasında 25 illik əməkdaşlıq sona çatır

Almaniyanın idman nəhəngi "Adidas" ilə Çempionlar Liqası arasındakı tərəfdaşlıq 25 ildən sonra başa çata bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.

Almaniyanın "Adidas" şirkəti 2001-ci ildən Çempionlar Liqasının rəsmi sponsorudur və bu müddət ərzində üç zolaqlı loqotip turnirin kimliyinin ayrılmaz hissəsinə çevrilib. Lakin nəşrin məlumatına görə, UEFA gəlirləri artırmaq üçün top təchizatçısını dəyişdirməyi düşünür. Artıq bir neçə böyük idman sənayesi tenderdə iştirak etməkdə maraqlı olduğunu bildirib.

"Adidas" hazırkı müqaviləsini qorumağa ümid edir, lakin ciddi rəqabətlə qarşılaşacaq. Hüquqlar uğrunda əsas iddiaçılar arasında Amerika korporasiyası "Nike" və Almaniya şirkəti "Puma" var.

Seçilən
21
1
fanat.az

2Mənbələr