Bakı. Trend:
Mənim işlədiyim region pis xəbərlərin çox olmadığı bir ərazidir.Bu da onu göstərir ki, sıx əməkdaşlıq real faydalar gətirir vəbirlikdə işləməyin əhəmiyyətini vurğulayır.
Trend xəbərverir ki, bunu bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsindəkeçirilən Xüsusi Sesiyada Avropa İttifaqının Mərkəzi Asiya üzrəxüsusi nümayəndəsi Eduards Stiprais çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qonşuluqda fərqli ölkələr mövcuddur və hərbirinin özünəməxsus çağırışları var:
"İqtisadi rəqabət, bazarda dominantlıq, təhlükəsizlik və s.məsələlər qarşıda duran xarici çagırışlardır. Dəyişən dünyadaayaqda qalmaq üçün bu ölkələr bir-birinin yanında olmalıdır.
Daxili çağırışlara cavab vermək məqsədilə təcrübə mübadiləsidəyər yaradır və faydalıdır. İqlim məsələsi xüsusilə ciddiproblemdir; su problemləri Mərkəzi Asiya üçün əsas çağırışdır.Ölkələr ayaqda qalmaq üçün suyun effektiv və rasional istifadəsi vəədalətli paylanması ilə məşğul olmalıdır.
Gənclər arasında radikal İslamın yayılmasına qarşı cəmiyyətlərmübarizə aparmalıdır. Burada ortaq yanaşmalar olmaya bilər, ammamüştərək yanaşmalar mümkündür. Mərkəzi Asiyada buna böyük ehtiyacvar".
O qeyd edib ki, Azərbaycan kimi Mərkəzi Asiya ölkələritəhlükəsizlik arxitekturamıza daxildir və bu sahədə əməkdaşlığıdavam etdirməliyik.
"İnsan haqları, təhlükəsizlik və idarəçilik sahələrində yaxındəyərlər üzərində işləyə bilərik. Sabitlik, təhlükəsizlik vəregionun rifahı bizim üçün vacibdir.
Maraqlarımızı iqtisadi əməkdaşlığa yönəldirik. Eyni zamanda,Avropada miqrasiya məsələsi geniş vüsət alıb. Sirr deyil ki, bizəlavə qaynar nöqtələrin yaranması və miqrant axınının artmasındamaraqlı deyilik. İstəyirik ki, tənzimlənmiş miqrasiya sistemitəşkil edilsin. Mərkəzi Asiya dünyanın az yerlərindən biridir ki,gənc və təhsilli əhali üstünlük təşkil edir", - deyə xüsusinümayəndə əlavə edib.