AZ

Qazax İH-in təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib...

Poliqon xəbər verir ki, keçirilən aksiyada Qazax şəhəri Heydər Əliyev prospekti boyunca 500 ədəd eldar şamı ağacı əkilib.

Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatının sədri Anar Nəbiyev, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, KİV nümayəndələri iştirak ediblər. 

2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən aksiyanın əsas məqsədi şəhərdə daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşması və ətraf mühitin qorunması məqsədilə tədbirlər görülməsi, yaşıllıq  zolaqlarının salınmasıdır.

Poliqon.info

Seçilən
1
1
poliqon.info

4Mənbələr