AZ

FİFA DÇ 2026 ya ev sahibliyini ABŞ dan almalıdır

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"

İranın idman naziri Əhməd Donyamali FİFA-nın ABŞ-ı 2026-cı il dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum etməsini təklif edib.

QOL.az SNN-ə istinadən xəbər verir ki, ölkə rəsmisi deyib:

"FİFA Dünya Kubokuna ev sahibliyi etmək hüququnu ABŞ-dan almalıdır. Əgər oyunlar Meksikada keçirilsəydi, bəlkə də müəyyən tədbirlər görə bilərdik. Dünya Kubokuna cəmi iki-üç ay qalıb və biz hələ də münaqişə vəziyyətindəyik. Uçuşlar və digər hər şey xüsusi şərtlər altında təşkil olunur. Digər tərəfdən, onlar özləri bizim milli komandamızı təhlükəyə atmaqla hədələyirlər.

ABŞ Prezidentinin davranışı, psixologiyası və ziddiyyətli açıqlamaları nəzərə alınmaqla, təbii ki, ABŞ-dakı komandamızın təhlükəsizliyi ilə bağlı çox narahatıq.

İndi deyə bilərəm ki, əgər Meksika və Beynəlxalq Futbol Federasiyası oyunlarımızın Meksikada keçirilməsi üçün şərait yaratsa, təbii ki, bu məsələ ilə bağlı tədbirlər görə biləcəyik, amma hazırda qarşıdurmanın şərtlərini nəzərə alsaq, bu hallar hələ də özünü göstərməyib.

Ümid edirəm ki, komandamızın DÇ-2026-da iştirak edə bilməsi üçün şərait olacaq, amma hazırda bu cür hallar mövcud deyil”.

Fevralın 28-də ABŞ-la İran arasında hərbi münaqişə başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
qol.az

2Mənbələr