AZ

“Mən Allahın seçilmiş bəndəsiyəm” – VİDEO

“Bilirəm ki, Allahın seçdiyi bəndələrdən biriyəm".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva deyib.
O, “Öz aramızda” verilişində həyatın ən çətin anlarını yaşayarkən yalnız Allaha sığındığını xatırladıb:
“Dibi görüb qalxdığımız günlər olur və insan o dibi həyatında dəfələrlə görə bilir. Hətta bəzən dibin də dibini yaşayırıq. Belə anlarda insan tam olaraq Allaha sığınır. Çünki anlayırsan, Allah insanın yanındadır.
Həmin çətinliklərdə bəzən uzanan əl olur, bəzən də olmur. Çırpınırsan, mübarizə aparırsan. Hər insanın həyatında bir “quyu”, bir “qara qutu”su olur. Bəlkə də o quyunun divarlarında mənim dırnaqlarımın, qanayan əllərimin izləri qalıb. Bu da həyatın bir həqiqətidir.
Əslində uğur qazanan insanların çoxu uşaqlığında və gəncliyində çətinlik görmüş insanlar olur. Çünki çətinliyi görən insan yaxşı yaşamaq istəyir və bir daha o çətinliyə qayıtmamaq üçün çalışır.
Elə insanlar və elə çevrələr olur ki, onlara kömək etmək istəyirsən. Əl uzadırsan, amma bəzən qolun gedir, yəni zərər görən də özün olursan. Ona görə də həyatda səhv seçimlərimiz olur, istər şəxsi həyatımızda, istər dost çevrəmizdə, istərsə də qohumlar arasında.
Ayan Babakişiyeva etiraf edib ki, bəzən ətrafındakı insanları düzgün seçməkdə çətinlik çəkir:
“Bəzən bilmirsən kimi özünə yaxın buraxasan, kimi uzaq saxlayasan. Ona görə də insan ilk növbədə özünü düşünməlidir. Mən də həmişə dostlarıma və həyatımda dəyər verdiyim insanlara deyirəm ki, mən hər zaman özümə güvənmişəm. Çünki bilirəm ki, Allahın seçdiyi bəndələrdən biriyəm.
Bu gün məni sevənlər də çoxdur, sevməyənlər də. Hətta məni tanımadığı üçün sevməyənlər də var. Amma nifrət də bir hissdir. Bəzən deyirlər ki, nifrət sevginin başqa, yonulmamış formasıdır. Mən tanındığım üçün mənə nifrət edənlər var. Əgər sadə bir vətəndaş olsaydım, bəlkə də heç kim mənə nifrət etməzdi. Deməli, seçilmiş insanam”.

Seçilən
6
3
yenilik.az

4Mənbələr