AZ

3x3 basketbol millimiz FIBA Çempionlar Kubokunda yarımfinalda

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kuboku turnirində yarımfinala yüksəlib.

90deqiqe.Az xəbər verir ki, yığmamız B qrupunun son oyununda İspaniya millisi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının 16:11 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə qrup mərhələsini ikinci pillədə başa vuran millimiz yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, turnirin qalibi Olimpiya Təsnifat Turnirinə lisenziya əldə edəcək.

Seçilən
58
90deqiqe.az

1Mənbələr