AZ

“Gəl səndən danışaq, Humay” adlı anım tədbiri keçirilib

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Azərbaycan Milli Konservatoriyası və “Huma Quşu” Təhsilə Yardım Fondunun birgə təşkilatçılığı ilə Humay Quliyevanın xatirəsinə ithaf olunmuş “Gəl səndən danışaq, Humay” adlı anım tədbiri keçirilib.

525.az xəbər verir ki, tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə və “Huma Quşu” Təhsilə Yardım Fondunun prezidenti Şəhla Vəzirova çıxış edərək Humay Quliyevanın şəxsiyyətindən, onun mənəvi dünyasından və xeyirxah fəaliyyətinin davamı olan “Huma Quşu” Təhsilə Yardım Fondunun gənclərin təhsil həyatındakı əhəmiyyətindən bəhs ediblər.

Xatirə tədbirinə musiqişünas Şəfaqət Məmmədova aparıcılıq edib.Tədbir çərçivəsində Humay Quliyevanın dostlarının çıxışları dinlənilib, onunla bağlı xatirələr səsləndirilib.

Tədbirin bədii hissəsində Humay Quliyevanın obrazını, daxili aləmini və mənəvi-estetik dünyasını əks etdirən xüsusi proqram təqdim olunub.

Proqramda Azərbaycan Respublikasının Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov və Emil Əfrasiyab, Əməkdar müəllim Naibə Şahməmmədova, Azərbaycan Milli Konservatoriyasının yetirmələri Azər Çələbiani, Nuray Hacızadə, Leyla Abdulrəhimova, Fatimə Əlizadə, Sevil Əsədullayeva, Araz İmanov, Aydan Salahov, Ülkər Abdullayeva, Reza Mohammedi, Cəlal Səmədov, Siyavuş Kərimov, Səyyar Teymurov və Kənan Sadıqov çıxış ediblər.

Tədbir çərçivəsində AMK-nın Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzi tərəfindən hazırlanmış, Humay Quliyevanın həyat və yaradıcılıq yolunu əks etdirən video-təqdimat nümayiş etdirilib.

Təqdimatda onun həvəskar ifalarından fraqmentlər təqdim olunub, daha sonra həmin ifalar səhnədə səsləndirilib.

Xatirə axşamının sonunda bəstəkar Pikə Axundovanın Humay Quliyevanın sözlərinə bəstələdiyi və onun xatirəsinə həsr olunan musiqi əsəri səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
525.az

1Mənbələr