AZ

Amsterdamda yəhudi məktəbi yaxınlığında PARTLAYIŞ

Ajans.az xəbər verir ki, bu barədə "AD News" agentliyi məlumat yayıb. Məlumata görə, hadisə martın 14-nə keçən gecə baş verib. Polis əməkdaşları və yanğınsöndürənlər dərhal hadisə yerinə gəliblər. Şəhərin meri Femke Halsemanın sözlərinə görə, partlayış zamanı dəyən ziyan böyük olmayıb. O qeyd edib ki, polis baş verənləri yəhudi icmasına qarşı məqsədyönlü hücum kimi araşdırır.

"Məktəb uşaqların rahat şəkildə dərs aldığı, Amsterdam yəhudilərin təhlükəsiz yaşaya biləcəyi yer olmalıdır", - deyə şəhər meri bildirib.

Seçilən
28
Ajans.az

1Mənbələr