Texasdakı “Bayport Choate” neft emalı zavodunda güclü partlayış baş verib və yanacaq çənləri alovlanıb.
News365.az xəbər verir ki, hakimiyyət orqanları “LyondellBasell” şirkətinə məxsus neft-kimya zavodundakı partlayış və yanğının arxasında planlaşdırılan hücumun ola biləcəyindən şübhələnir.
Yerli medianın məlumatına görə, müxtəlif nəzəriyyələr nəzərdən keçirilir - hücumun arxasında Meksika və ya Venesueladan olan narkotik kartellərindən biri, yaxud SEPAH ola bilər.