AZ

İlk köç karvanı Xanoba kəndinə çatdı

İlk köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb.Metbuat.az xəbər verir ki, Xanoba kəndinə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub. Bu mərhələdə Xocavənd rayonunun Xanoba kəndinə 25 ailə (114 nəfər) qayıdışı baş tutub. 12:00Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Metbuat.az xəbər verir ki, Xocavənd rayonu Xanoba kəndinə ilk köç karvanı yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Seçilən
27
24
metbuat.az

10Mənbələr