Tibo Kurtua Çempionlar Liqasında (ÇL) yeni rekord müəyyən edib.
"Football-plus.az" xəbər verir ki, “Real”ın oyunçusu turnirin tarixində ən çox məhsuldar ötürmə edən qapıçı olub.
“Opta”nın məlumatına görə, belçikalı futbolçu ÇL-də artıq 3 assist edib. Onlardan ikisi cari mövsümdə qeydə alınıb. Tibo bu göstərici ilə turnirin tarixində rekordçuya çevrilib. Kurtua rekord məhsuldar ötürməni 1/8 final mərhələsinin “Mançester Siti” ilə keçirilən ilk oyununda (3:0) edib.
Siyahıda 2-ci yeri 2 assistlə sabiq qapıçılar Xose Fransisko Molina (Deportivo) və Oliver Kan (Bavariya) bölüşürlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta