AZ

“Anamı qapıda tutub qışqırdı…”: Gülay Zeynallıdan etiraf VİDEO

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Anam əlimdən tuturdu, məni aparmadığı qapı qalmırdı, filormoniyaya , musiqi məktəbinə, hər yerə aparırdı…”

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı deyib.

“Qonaqcanlı” verilişinin qonağı olan ifaçı sənətə gəlişində anasının böyük rolu olduğunu bildirib:

“Anam illərlə kitabxanada işləyib. Bir dəfə direktor qapıda anamı tutdu, dedi: “Hara gedirsiniz yenə?” Dedi ki, qızımın məşqi var. Qışqırdı anamın üstünə: "Nədir, Zeynab Xanlarova eləmək istəyirsən bu qızı?!”

Anama baxıb dedim: “Mama, sənə qurban olaram. Vaxt gələr, mən də yaxşı ifaçı olaram. Sənin əziyyətin yerdə qalmaz”.

Amma vaxt gəldi, mən “Xalq ulduzu” yarışmasında olanda mənim xeyir-duamı məhz Zeynəb xanım verdi. Ona görə hələ də deyirəm: “Ana, çox sağ ol”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
cebheinfo.az

3Mənbələr