AZ

“Gürcü Arzusu”: Avropa Parlamentinin üzvləri reallıqdan uzaqlaşıblar

ain.az, Ayna saytına istinadən bildirir.

“Brüssel artıq ən fundamental prinsiplərdən birinə - söz və ifadə azadlığına hücum etmək həddinə çatıb”

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası Avropa Parlamentinin Gürcüstanla bağlı son qətnaməsini “səhv və reallıqdan uzaqlaşma” sayır.

AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, hakim partiyanın parlament çoxluğundakı üzvü Arçil Qorduladze deyib ki,  bu, Avropa Parlamentinin qəbul etdiyi yeddinci qətnamədir: “Onlar ölkəmizin suverenliyinə yeddi dəfə atəş açıblar. İnsanlar bu yüksək bəyanatların təsirsiz olduğunu başa düşməlidirlər".

Onun sözlərinə görə, Avropa Parlamentinin üzvləri reallıqdan tamamilə uzaqlaşıblar: "Onlar reallıqdan tamamilə uzaqlaşıblar, dünyada baş verən geosiyasi dəyişiklikləri görmürlər".

“Brüssel artıq ən fundamental prinsiplərdən birinə - söz və ifadə azadlığına hücum etmək həddinə çatıb. Təəssüf ki, bizdə bir reallıq var: Brüssel birbaşa xarici nəzarətdən asılıdır və qərarlarında heç də sərbəst deyil. Eyni zamanda, onlar qlobal güclərin maraqlarını müdafiə etməklə yanaşı, özləri ilə razılaşmayan və dövlət maraqlarını hər şeydən üstün tutan ölkələrə hücum etməyə çalışırlar”, - deyə Qorduladze bildirib.

Qeyd edək ki, qətnamədə Avropa Parlamenti Gürcüstan hökumətini müxalifləri təqib etməkdə günahlandırır və cinayət ittihamları ilə saxlanılan və siyasi məhbus hesab etdiyi siyasətçilərin azadlığa buraxılmasını tələb edir.

Avropa Parlamentinin üzvləri qətnamədə ölkədə siyasi məhbusların mövcudluğunu elan ediblər və bunun Gürcüstanın Aİ ilə Assosiasiya Sazişi çərçivəsində öhdəliklərinə zidd olduğunu bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
ayna.az

1Mənbələr