“Çox adam doğum günümlə əlaqədar məni təbrik edib. Dünəndən bəri onlarla təbrik almışam. Amma ad günümü geniş əhatədə deyil, ailəmlə bir yerdə qeyd edəcəyəm”.
Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.
Xalq yazıçısı gələn il həyat yoldaşı Zemfira Səfərova ilə “dəmir toy” etməyi planlaşdırdıqlarını söyləyib: “Evliliyimizin 50 illiyində Zemfira xanımla “qızıl toy”, 60 illiyində isə “brilliant toy” etmişdik. Bu mərasimləri ailə çevrəsində keçirmişdik. 2027-ci ildə evliliyimizin 65 illiyi tamam olacaq. Gələn il “dəmir toy” etməyi düşünürük”.
Qeyd edək ki, bu gün Anarın 88 yaşı tamam olub.
