AZ

ABŞ “TikTok” sövdələşməsinə görə 10 milyard dollar alacaq

ABŞ administrasiyası “TikTok” platformasının ABŞ-da fəaliyyətini davam etdirməsi ilə bağlı əldə olunan razılaşma çərçivəsində investorlardan təxminən 10 milyard dollar ödəniş alacaq.

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, yanvar ayında ABŞ və Çin tərəfləri “TikTok”un Amerika bölməsinin xüsusi olaraq yaradılmış konsorsiuma satılması barədə razılığa gəliblər. Konsorsiuma “Silver Lake”, “Oracle” və BƏƏ-də yerləşən MGX investisiya şirkəti, eləcə də digər investorlar daxildir.

Seçilən
11
5
azpost.info

7Mənbələr