Şri-Lanka sahillərində ABŞ sualtı qayığının İran freqatı IRIS Dena hücumu nəticəsində həlak olan 84 dənizçinin cəsədi xüsusi reyslə İrana qaytarılıb.
Publika.az xəbər verir ki, bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 84 qurbanın hamısının cəsədi martın 13-də İran səfirliyinə təhvil verilib və Şri-Lankanın Matala Beynəlxalq Hava Limanından həyata keçirilən Türkiyə aviaşirkətinin çarter reysi ilə vətənlərinə aparılıb. Təyyarənin eniş yeri açıqlanmayıb.
Ölən dənizçilərin cəsədləri Şri-Lankanın cənubundakı Qalle əyalətindəki məhkəmənin qərarı ilə Kolombodakı İran səfirliyinə təhvil verilib.