AZ

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayıb, ilk qaliblər bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.

Aznews.az xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilən yarış qadın idmançıların mübarizə ilə başlayıb.

Turnirin açılış mərasimindən əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bötüvlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov qurumun rəhbərliyi adından yarış iştirakçılarını salamlayıb. Respublikada idmana və idmançılara dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini diqqətə çatdıran Firdovsi Umudov, ölkədaxili turnirlərin önəmindən danışıb. O qeyd edib ki, Olimpiya Təsnifat yarışları ərəfəsində AAF rəhbərliyi tərəfindən idmançıların hazırlığına xüsusi həssaslıqla yanaşılır.

Seçilən
23
aznews.az

1Mənbələr