Əməkdar artist Nüşabə Ələsgərli “Həmin Zaur” verilişində sualları cavablandırıb.
“Yeni Sabah” xəbər verir ki, müğənni ən çox pul xərclədiyi sahədən danışıb.
Onun sözlərinə görə, xərclərinin böyük hissəsi geyimə gedir.
Müğənni ən böyük arzularından birinin Sinqapura səyahət etmək olduğunu bildirib. Oğlunun gələcək toyunda hansı ifaçının səhnəyə çıxacağına dair suala isə o, “Toyda Sibel Can olacaq” cavabını verib.
Xatırladaq ki, sənətçinin oğlu hazırda Estoniyada yaşayır. O, bir neçə il əvvəl oğlunun kiçik toy mərasiminə türkiyəli müğənni İbrahim Tatlısesi dəvət etməsi ilə gündəmə gəlmişdi.
Telegram kanalımız