AZ

ŞOK: ABŞ İrandan sonra bu ölkələrə hücum edəcək – Siyahıda Türkiyə də var

ABŞ və İran arasında baş verən hərbi gərginlik qlobal siyasətdə yeni geosiyasi reallıqların formalaşmasına səbəb olub. Münaqişənin davam etdiyi müddətdə regionda və dünyada qüvvələr balansının dəyişəcəyi, yeni siyasi və hərbi qarşıdurma risklərinin yarana biləcəyi barədə müxtəlif ehtimallar səsləndirilir. Analitiklər hesab edirlər ki, bu proses yalnız Yaxın Şərqlə məhdudlaşmaya, daha geniş geosiyasi təsirlərə səbəb ola bilər.

Bəs ABŞ-İran münaqişəsindən sonra dünya siyasətində nə kimi dəyişikliklər baş verə bilər və Vaşinqtonun gələcəkdə hansı ölkələrlə qarşıdurma riski gözlənilir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, müharibənin başlanmasından artıq yarım ay keçib və bu müddətdə geosiyasi vəziyyətdə müəyyən dəyişikliklər müşahidə olunur.
Cavanşir Abbaslı

Onun sözlərinə görə, ABŞ-ın gələcəkdə hansı ölkələrlə qarşıdurma riski yaşaya biləcəyi barədə müxtəlif ehtimallar səsləndirilir və ilk növbədə ağla Türkiyə gəlir:

“Son dövrlər ABŞ-Türkiyə münasibətlərində müəyyən gərginliklər müşahidə olunur. Buna baxmayaraq, iki ölkənin birbaşa qarşıdurmaya getməsi ehtimalı çox aşağıdır. Çünki Türkiyə NATO üzvüdür və bu faktor tərəflərin üz-üzə gəlməsinə ciddi maneə yaradır. Buna görə də belə bir ssenarinin reallaşması çətin görünür”, – deyə o, qeyd edib.

Ekspert əlavə edib ki, bəzi hallarda Kuba və digər ölkələrin də adı çəkilir, lakin bu dövlətlərin ABŞ ilə birbaşa güc qarşıdurmasına girməsi real görünmür.

Cavanşir Abbaslının fikrincə, böyük güclər kontekstində ən çox səslənən variantlardan biri də Rusiyadır:

“ABŞ-ın Rusiya ilə birbaşa qarşıdurmaya getməsi demək olar ki, mümkün deyil. Çünki Rusiya dünyanın ən böyük nüvə arsenalına malik dövlətlərindən biridir. ABŞ da bunun fərqindədir və belə bir riskli ssenariyə getməz”.

Siyasi şərhçi hesab edir ki, İran məsələsində də ABŞ-ın birbaşa qarşıdurmadan daha çox dolayı yollarla təsir göstərməyə çalışdığı görünür.

“Əslində ABŞ-ın İranla birbaşa üz-üzə gəldiyini demək çətindir. Vaşinqton daha çox İsrail vasitəsilə Tehrana təzyiq göstərməyə çalışdı. Əgər ABŞ birbaşa hərbi əməliyyatlara başlasaydı, quru əməliyyatlarının başladığını görərdik”, – deyə o, bildirib.

Onun sözlərinə görə, ABŞ çox vaxt öz strateji məqsədlərini birbaşa deyil, digər dövlətlər vasitəsilə həyata keçirməyə çalışır. Bu səbəbdən də gələcəkdə hansı ölkə ilə açıq qarşıdurmanın yaşana biləcəyini konkret şəkildə proqnozlaşdırmaq çətindir.

Ekspert sonda qeyd edib ki, müharibə başa çatdıqdan sonra beynəlxalq münasibətlər sistemində müəyyən sabitləşmə mərhələsi başlayacaq.

“Düşünürəm ki, bu münaqişə bitəndən sonra dünya nisbətən sabitliyə doğru gedəcək. Xüsusilə də Donald Trampın hakimiyyətdən getməsindən sonra onu əvəz edəcək şəxsin siyasi kursu bu proseslərə təsir göstərə bilər”, – deyə Cavanşir Abbaslı vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
25
1
konkret.az

2Mənbələr