AZ

Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər VİDEO

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda ictimai nəqliyyatda baş verdiyi iddia olunan xoşagəlməz hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, yayılan görüntülərə əsasən, avtobusda sərnişin olan gənc qız digər sərnişin kişi tərəfindən əxlaqsız hərəkətə məruz qaldığını bildirib. Qız həmin anları mobil telefonu ilə lentə alıb.

Kadrlarda gənc qızın vəziyyətə etiraz etdiyi, digər sərnişinlərin isə hadisəyə müdaxilə etdiyi görünür. Məlumata görə, avtobusdakı sərnişinlər həmin şəxsi nəqliyyat vasitəsindən düşürüblər.

Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra məsələ geniş müzakirə olunub. Bir çox istifadəçi gənc qıza dəstək ifadə edib və ictimai nəqliyyatda belə halların qarşısının alınmasının vacibliyini vurğulayıb.

İddia olunan hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılmaqda davam edir.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
6
news.milli.az

7Mənbələr