“Hər üç komanda yüksək səviyyəlidir”.
Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub deyib.
O, bəzi komandalarımızın Ukrayna çempionatında yüksək pillələr uğrunda mübarizə apara biləcəyini düşünür:
“Sabah”, “Qarabağ” və “Neftçi” bunu bacarar. Azərbaycan futbolu üçün mənfi təsirləri ola bilər, amma ümumi götürsək, çox müsbət haldır ki, sizin çempionatda legioner limiti yoxdur.
Burada çox keyfiyyətli əcnəbi futbolçular top qovur. Hətta aşağı yerlər uğrunda mübarizə aparan komandalarda belə güclü legionerlər var.
“Qarabağ”, hətta deyərdim ki, “Sabah” da Ukraynada çempionluğa oynaya bilər. “Neftçi”nin özü belə, hazırkı oyunçu heyəti ilə toparlansa, orada nəyəsə nail ola bilər”.